5 aprel 2011 14:38
AFFA hakimi döyən klub rəsmisinə 12 oyunluq cəza kəsdi
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 25-ci turunun, həmçinin birinci divizionun 20-ci turunun oyunları da müzakirə olunub. Azerisport.az xəbər verir ki aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
“Muğan” – MOİK oyunun 89-cu dəqiqəsində MOİK-in futbolçusu Şamil Səlimxanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
Azərbaycan birinci divizionunun “Abşeron” – “Neftçi” İSM matçının 15-ci dəqiqəsində “Abşeron”un futbolçusu Natiq Kərimi sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 66-cı dəqiqəsində “Neftçi” İSM klubunun futbolçusu Nakim Vəliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şahdağ” – “Energetik” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 100 manat cərimə olunub.
“Sumqayıt” – “Şuşa” matçında “Şuşa”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 100 manat cərimə olunub.
“Bakılı” – “MKT-Araz” matçında “MKT-Araz”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 100 manat cərimə olunub. Oyunun 71-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Siyavuş Quluzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub. Matçın 84-cü dəqiqəsində “Bakılı”nın futbolçusu Ramiz Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Bakılı”nın inzibatçısı Babək Mahmudov matçın baş hakimə fiziki təsir göstərdiyinə görə o, 12 oyunluq cəzalanıb, klubu 600 manat cərimə olunub.
“Bakılı” klubu “MKT-Araz” klubunun heyətində çıxış edən 2 futbolçu barədə İntizam Komitəsinə etiraz məktubu ünvanlamış və adıçəkilən futbolçuların onlara qarşı matçlarda iştirak edə bilməyəcəkləri göstərilmişdir. İntizam Komitəsi bu faktla əlaqədar araşdırma apararaq, etirazın əsasız olması barədə qərar qəbul edib.
