5 aprel 2011 15:27
Millinin toplanışının vaxtı dəyişib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışına keçirəcəyini xəbər vermişdik. Lakin azerisport.az xəbər verir ki, sözügedən toplanışın vaxtı dəyişdirilib.
Belə ki, bu hazırlıq prosesi əvvəlcədən xəbər verildiyi kimi, aprelin 12-dən 19-a qədər deyil, aprelin 14-dən 21-dək olan müddəti əhatə edəcək.
