5 aprel 2011 16:19

Əmrah Çəlikəl: Avrokuboklara qatılmaq bizim minimum vəzifəmizdi

“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl azerisport.az saytına müsahibəsində “Neftçi” ilə son oyundan, ev oyunlarının Quzanlıda keçirilməsi perspektivindən və komandanın məqsədlərindən danışıb.
 
- “Neftçi”yə məğlub olduğunuza görə çoxmu məyussunuz?
- Sözsüz ki. Bizim planlar pozuldu. Biz onları məğlub edib, zirvəyə yaxınlaşmaq istəyirdik. Komanda da yaxşı hazırlaşmışdı. Lakin qələbə istəyimiz baş tutmadı. Məğlubiyyətin səbəblərindən danışmağa isə dəymir. Bizə artıq qarşıdakı “Xəzər Lənkəran”la oyunu düşünmək lazımdı. Komandanın motivasiyası yüksəkdi.
 
- Komandanızın forvardı Rauf Əliyev iddia edir ki, hakimlik nəticəyə təsir göstərib. Siz necə hesab edirsiz?
- Hər bir oyunçunun öz fikir var. Hakim də inşandı, səhv edə bilər. “Neftçi”nin qələbəsinə kölgə salmaq istəmirəm. Bu komanda iki qol vurdu, qələbə qazandı. Biz xal qazanmağa layiq olsaq da, alınmadı. Hakimin də səhvi olubsa, qoy bununla PFL məşğul olsun.

- “Qarabağ”ın qarşıdakı oyunlarından nə gözləyirsiz?
- Maraqlı mübarizə olacaq. “Xəzər Lənkəran”la son oyunda biz əla oyun sərgiləyib, qələbə qazanmışdıq. İndi də bizə mütləq qələbə lazımdı. Məhz bu halda ikinci pillədəki mövqeyimizi geri qaytara bilərik.
 
- “Qarabağ” çempionluğa yaxın olsa da, rəhbərlik futbolçuların qarşısına sadəcə avrokuboklara vəsiqə qazanmaq tələbini qoyduqlarını deyir...
- Bu, bizim çoxdankı arzumuzdu. Hər bir futbolçu, klubumuzun hər bir işçisi bunu arzulayır. Əsas məqsədimiz turnir cədvəlində mümkün qədər üst pillələrə qalxmaqdı. Artıq çempionatın sonuna bir neçə tur qalıb. Buna baxmayaraq, hələ heç kim deyə bilməz ki,çempion kim olacaq. Avrokuboklara qatılmaq bizim minimum vəzifəmizdi.
 
- Yəni, çempion olmasaz, burda heç bir faciəvi şey yoxdu, eləmi?
- Bu dünyanın sonu deyil ki. “Qarabağ” oynamağa davam edəcək, avrokuboklara hazırlaşacaq. Amma təbii ki, çempion olsaq, azarkeşlərimizə daha müsbət emosiya bəxş etmiş olarıq.

- Siz bu mövsümük ev oyunlarınızı Quzanlıda keçirə biləcəksiz?
- Bu gün biz PFL-ə məktub ünvanlayacağıq. Xahiş edəcəyik ki, ora ekspertlərini yollasınlar. 1-2 həftəyə ordakı qazon hazır olacaq. Əgər mütəxəssislər desələr ki, oynamaq olar, onda 3 matçımızı orda keçirəcəyik. “Neftçi” və “Bakı” orda oynamağa hazırdı. “İnter” də bizi inandırıb ki, rəsmi razılıq olsa, heç bir problem yaratmayacaqlar.
 
- Bəziləri Quzanlı stadionunu “Qarabağ”ın gizli silahı hesab edir, klub həmişə ən çətin vəziyyətdə bu arenadan yararlanır...
- Bizi Quzanlıda oynamağa yerli icra hakimiyyəti dəvət edir. Biz də öz növbəmizdə rəqiblərimizi ora dəvət edirik. Bunun ordakı azarkeşlərə necə böyük sevinc bəxş etdiyini təsəvvür etmək belə çox çətindi. Axı bu şəhər, bu torpaq və xalq da məhz bizimdi. Növbəti mövsümdə də biz bir neçə ev oyunumuzu orda keçirmək istəyirik. Bunu hətta püşkatma zamanı dəqiqləşdirəcəyik. Odu ki, heç kim bizi nədəsə günahlandıra bilməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.