5 aprel 2011 16:30
Tam heyətlə hazırlıq
Premyer Liqanın növbəti turunda "Gəncə" ilə qarşılaşacaq "Muğan" həmin oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, gündə bir dəfə olmaqla "Şəfa" stadionunda hazırlıq keçən Salyan təmsilçisi qarşıdakı oyunda hücumçu Anxel Qutyerresin xidmətindən faydalana bilməyəcək.
Xatırladaq ki, ötən tur MOİK-lə oyunda qırmızı vərəqə alaraq meydandan qovulan futbolçu İntizam Komitəsi tərəfindən bir oyunluq cəzalanıb. Klubun mətbuat xidmətinin rəhbəri Rövşən Abdullayevin verdiyi məlumata görə, digər cəzalı və ya zədəli futbolçusu olmayan "Muğan" "Gəncə" ilə səfər oyununa tam heyətlə hazırlaşır. Şənbə günü Gəncəyə yollanacaq komanda həmin gün şəhər stadionunda oyunöncəsi son məşqinə çıxacaq.
Mənbə: PFL-in rəsmi saytı
