5 aprel 2011 16:35
Ruslan Abışovun klipi üçün 20 000 AZN
Azərbaycanlı gənc müğənni Sevda Yəhyayevanın “Neftçi”nin və millimizin müdafiəçisi Ruslan Abışovla birgə çəkdirdiyi klip 20 000 manata başa gəlib. Azerisport.az xəbər verir ki, klipin çəkilişləri İstanbulda baş tutub.
Futbolçu özü bu sahədəki debütü ilə bağlı bunları dilə gətirib: “Azərbaycan futbolunda şou-biznesdəki kimi ab-hava yoxdu. Mənim menecerim öz qardaşımdı. O, mənə belə bir təklif olduğunu bildirdi və mən də razılaşdım. Maraqlı alındı və qətiyyən çətin deyildi. Sevdaya gəlincə, mən onun mahnılarına qulaq asıram, yaxşıdı”.
