5 aprel 2011 17:14

Vüqar Nadirov: Sona qədər döyüşəcəyik

Premyer Liqanın sonuncu turunda “Neftçi”ylə oyunda alınmış məğlubiyyət “Qarabağ”ın 9 oyunluq qələbə seriyasına son qoydu. Azerisport.az xəbər verir ki, Ağdam komandasının son zamanlarda formada olan forvardı Vüqar Nadirov da bu qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
 
23 yaşlı hücumçu sonuncu məlubiyyət və qarşıdan gələn oyunlar haqqında bunları dilə gətirib: “Oyuna istəkli çıxmışdıq. Belə elə erkən qol gözləmirdik. Ondan sonra çətin oldu. Deməzdim ki, “Neftçi” bizdən yaxşı oynadı. İlk qolu vurub, müdafiəyə oturdular, öz vaxtlarını gözlədilər. Daha bir qol vuraraq qələbə qazandılar. Millidə olmağımıza alışmışıq. Deməzdim ki, ona görə uduzduq. Təbii ki, 2 gün hazırlaşmaqla 1 həftə bir yerdə çalışmaq eyni deyil. “Neftçi” çempionatın ən güclü klublarından biridi. Ona görə də onlar da qələbə üçün meydana çıxmışdılar.
 
Artıq qarşıdakı oyunları fikirləşmək lazımdı. İndi bu oyunla yaşasaq heç nə qazanmayacağıq. “Neftçi”ylə daha bir dəfə də qarşılaşmalıyıq. Amma bakılılardan başqa daha 6 oyunumuz var. Biz hər zaman çətin məqamlardan çıxmağı bacarmışıq. 9 oyundu qələbə qazanırdıq. Bu baxımdan məğlubiyyət üzücü oldu. Artıq “Xəzər Lənkəran”la oyuna hazırlaşacağıq. Ötən mövsüm də hamı bizə ümidini itirmişdi. Amma sonda çempionluq şansı olan 3-4 komandadan biri idik. İndi yenə də son qədər döyüşəcəyik”.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.