5 aprel 2011 17:42

Valeri Abramidze: Uğur bizdən üz dondərib

“İnter”in müdafiəçisi Valeri Abramidze AZAL ilə oyun barədə danışıb, son uğursuzluqların səbəbləri haqqında fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandaya çempionatın lideri ilə qarşıdan gələn matç ərəfəsində toparlanmaq və rəqibə qarşı əsl mübarizə aparmaq lazım olduğunu vurğulayıb.
 
- AZAL ilə oyunda komanda pis təsir bağışlamadı, ancaq yenə də məğlub oldu. Bu qarşılaşma barədə fikirlərini öyrənmək maraqlı olardı.
- Biz pis oynamadıq, təhlükəli vəziyyətlər yaratdıq. Lakin yenə də realizasiyada böyük problemlər baş verdi. Artıq neçənci dəfədi ki, şanslarımızdan istifadə edə bilmirik. Ancaq AZAL özünün yeganə şansını realizə etdi. Deyə bilərəm ki, bu, bizi izləyən bəxtsizlikdi.
 
- Bu mövsüm “İnter”in realizasiyalarla bağlı böyük problemləri yarandı. Sənin fikrincə, komandanın qol vura bilməməsinin səbəbləri nədən qaynaqlanır?
- Zənnimcə, əsas səbəb bəxtsizlikdə gizlənir. Uğur bizdən üz dondərib. Lakin istənilən halda qarşıda hələ 7 tur var və bizə tez bir zamanda toparlanmaq lazımdı.
 
- Zədə ilə bağlı yaranmış uzun fasilədən sonra AZAL ilə oyunda ilk dəfə meydana çıxdın...
- Bəli. Türkiyədə keçirdiyimiz son təlim-məşq toplanışında dizimin yan bağlarını dartmışdım. Belə zədənin sağalması tam 6 həftə çəkdi. Şadam ki, hər şey arxada qaldı. Əlbəttə, mənə hələ yaxşı oyun kondisiyalarımı qaytarmaq lazımdı. Lakin əsas odu ki, indi səhhətimlə bağlı hər şey qaydasındadı.
 
- Qarşıda komandanı çempionatın lideri olan “Neftçi” ilə qarşılaşma gözləyir. Görüş haqqında nə düşünürsən?
- Bizə tam toparlanmaq və rəqibə qarşı əsl mübarizə aparmaq lazımdı. Başlıcası odu ki, bu yaxınlarda Birlik Kubokunda nümayiş etdirdiyimiz gücümüzə olan inamımızı və oyunumuzu qaytarmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.