5 aprel 2011 18:22
Yığmamızda yeni baş məşqçi
Məlum olduğu kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Emil Cabbarovun müqaviləsinin müddəti başa çatdığı üçün bu vəzifə uzun müddətdi ki, boşdu. Azerisport.az xəbər verir ki, AFFA bu günlərdə təlim-məşq toplanışı keçmək üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təlim-məşq toplanışına yollanacaq komandamıza yeni baş məşqçi tapıb.
Belə ki, komandamıza bundan sonra Bəhram Hətəmov rəhbərlik edəcək. Lakin yığmamızın baş məşqçisi postu ona müvəqqəti həvalə olunub və komandaya yeni baş məşqçi axtarışları davam edir.
