5 aprel 2011 11:48

Marko Şarliya: Bakı indi daha çox kubokda uğurlu çıxış haqda düşünür

“Bakı”nın qapıçısı Marko Şarliya azerisport.az saytına müsahibəsində Premyer Liqanın 25-ci turunun “Xəzər Lənkəran”la oyununu dəyərləndirib.
 
- Bu oyuna kimi siz iki dəfə 1:1 hesablı heç-heçəyə razılaşmışdız. Bu dəfəki dueliniz isə qolsuz bitdi...
- Amma qol vurmaq üçün kifayət qədər təhlükəli vəziyyətlər oldu. Birinci hissədə bizim komanda meydanda daha yaxşı idi. İkinci hissədə isə çox şey dəyişdi. Rəqib qapımız qarşısında bir neçə təhlükəli vəziyyət yaratdı. Yaxşı ki, onlarda heç nə alınmadı. Heç-heçə bu qarşılaşmanın ədalətli nəticəsi idi.
 
- Bəs siz niyə öz qapınıza bu dərəcədə qapanmışdız?
- Biz daha çox müdafiəyə diqqət yetiririk.İkinci hissədə də əsas məqsəd qol buraxmamaq idi. Çünki rəqib meydana daha bir forvard buraxdı. Buna baxmayaraq, biz xarakter göstərdik və heç-heçəyə nail olduq.
 
- “Xəzər Lənkəran”ın baş məşqçisi sizin çıxışınızı xüsusi qeyd edib və onların qələbəsinə məhz sizin imkan vermədiyinizi söyləyib...
- Bu gün hər kəs çalışdı. Bütün komanda əlindən gələni etdi. Buna görə mənim özümü qeyd etməyim düz çıxmazdı. Əgər mən qol buraxmamışamsa, deməli, komanda yoldaşlarım da yaxşı çalışıb.
 
- Oyundan sonra siz komanda yoldaşlarınızı təbrik edirdiz. Belə çıxır ki, heç-heçə sizi tam qane edirdi?
- Nəticə bizim üçün pis deyil. Biz razıyıq. Ümid edirəm ki, baş məşqçimiz də razıdı. Amma bu, o demək deyil ki, biz heç-heçəyə oynayırdıq. Lakin qarşılaşmanın ikinci hissəsində cərəyan edənlərə əsasən demək olar ki, nəticə bizim üçün normaldı.

- Siz nəyəsə görə, XL-la yaman tez-tez heç-heçəyə oynayırsız...
- Biz ümumiyyətlə artıq çoxdandı Lənkəran klubuna uduzmuruq. Ümid edirəm ki, bu, qarşıda da davam edəcək.

- “Altılığ”ın hər turunda komandanız xal itirir...
- İndi biz daha çox Azərbaycan kubokunda uğurlu çıxış etmək haqda düşünürük.
 
- Deməli, artıq Premyer Liqaya elə də önəm vermirsiz?
- Təbii ki, öz göstəricilərimizi yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. Əgər hətta çempionat vasitəsilə avrokuboklara yollanmaq üçün 1 faiz şansımız varsa, biz bundan sona kimi yararlanacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.