6 aprel 2011 13:05
Mahir Şükürov Neftçi`yə keçdi
Rusiyanın "Anji" klubuna lazım olmayan futbol üzrə yığma komandamızın üzvü Mahir Şükürov "Neftçi"nin düşərgəsində məşq edəcək. Azerisport.az xəbər verir ki, yığmamızın futbolçusunun formasını qoruması üçün "Neftçi" PFK-nın rəhbərliyi və baş məşqçisi Mahir Şükürova hal-hazırda komandamızın məşqlərində iştirak etmək imkanı yaradıb.
Qeyd edək ki, Mahir Şükürov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Belçika millisi ilə səfərdəki oyundan əvvəl "Neftçi" komandanın hazırlıqlarına qoşulmuşdu. Mahaçqala klubu ilə münasibətləri tam pozulan və yollarını ayıran Mahirin elə transfer pəncərəsi açılanda da məhz “Neftçi” ilə müqavilə bağlaması gözlənilir.
