6 aprel 2011 14:13
Azərbaycan İran, Qazaxıstan və Özbəkistana rəqib oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 23-dən mayın 1-ə qədər Qazaxıstanın Astana şəhərində təşkil olunacaq “Prezident Kuboku” turnirində iştirak edəcək. Azerisport.az xəbər verir ki, artıq iştirakçı komandaların püşkatması da aparılıb.
Beləliklə, turnirdə iştirak edəcək komandaların qruplar üzrə bölgüsünü və oyunların təqvimini diqqətinizə çatdırırıq:
A qrupu
Azərbaycan
İran
Qazaxıstan
Özbəkistan
B qrupu
Gürcüstan
Türkiyə
Ukrayna
Ermənistan
I tur, 26 aprel
09:00. Ukrayna – Türkiyə
11:00. Gürcüstan – Ermənistan
13:00. Azərbaycan – İran
17:00. Açılış mərasimi
17:30. Qazaxıstan – Özbəkistan
II tur, 27 aprel
11:00. Türkiyə – Gürcüstan
13:00. Ukrayna – Ermənistan
15:00. İran – Özbəkistan
17:00. Azərbaycan – Qazaxıstan
III tur, 29 aprel
11:00. Gürcüstan – Ukrayna
13:00. Ermənistan – Türkiyə
15:00. Özbəkistan – Azərbaycan
17:00. Qazaxıstan – İran
30 aprel
09:00. 7-ci yer uğrunda oyun
12:00. 5-ci yer uğrunda oyun
15:00. 3-cü yer uğrunda oyun
17:00. Final
Bütün oyunlar «Astana Arena»da keçiriləcək.
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
