6 aprel 2011 15:21
UEFA Qarabağ`ı ən güclü, Neftçi`ni ən zəif klubumuz sayır
UEFA Avropanın ən güclü klublarının siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu ölkəmizin ən güclü klubu kimi “Qarabağ”ı göstərib.
Belə ki, Ağdam klubu hesabındakı 4,233 balla 231-ci yerdə qərarlaşıb. “Qarabağ”ın bu göstəricisinə ən yaxın klublarımız isə “Bakı” (2,733 balla 302-cii yer) və “İnter” gedir (2,483 balla 311-ci pillə).
Qalan klublarımızın göstəriciləri isə belədi:
365. XL – 1,483
365. Simurq – 1,483
385. АZАL – 1,233
385. МКТ-АRAZ – 1,233
385. Neftçi – 1,233
385. Karvan - 1,233
