6 aprel 2011 15:43
Neftçi Spartak, Zenit və CSKA-ya qarşı
Azərbaycan futbolunun 100 illik tədbirləri çərçivəsində “Neftçi” də müxtəlif tədbirlər keçirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu məqsədlə ən köklü klubumuzun veteranları bir neçə yoldaşlıq matçının keçirilməsini planlaşdırır.
Hələlik, bu yöndə konkret rəqiblərin sayı və kimliyi dəqiqləşməyib. Lakin “Neftçi” veteranları Rusiyanın “Spartak”, “Zenit” və CSKA kimi klublarından olan həmkarlarını Bakıya dəvət etməyə hazırlaşırlar.
