6 aprel 2011 16:29
La Liqa klubunda baş məşqçi dəyişikliyi
İspaniya La Liqasında çətin günlər keçirən “Almeria” baş məşqçi dəyişikliyinə əl atıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi problemlərdən yaxa qurtarmağın yolunu bu posta Roberto Olabeni gətirməkdə görüb.
Klubdan verilən açıqlamaya görə, Xose Luis Oltra ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsi qərara alınıb. Çünki bu baş məşqçinin rəhbərliyi altında öz istəklərini həyata keçirə bilməyən komanda Olabenin sayəsində vəziyyətin düzələcəyinə ümid bəsləyir. 43 yaşlı Olabenin mövsümün sonuna qədər komandanın sükanı arxasında çalışacağı bildirilir.
Qeyd edək ki, “Almeria” 20 komandanın iştirak etdiyi çempionatda 26 xalla sonuncu pillədə qərarlaşıb.
