6 aprel 2011 16:42
Sadıqov yenidən Türkiyəyə yollandı
Bu gün Mahaçqalanın “Anji” klubu yenidən Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Azerisport.az xəbər verir ki, azərbaycanlı məşqçi Vaqif Sadıqovun da çalışdığı Dağıstan təmsilçisi aprelin 10-na kimi qardaş ölkənin Antalya şəhərində hazırlıq keçəcəklər.
Maraq üçün qeyd edək ki, millimizin sabiq üzvü Emin Ağayevin də çalışdığı “Anji” artıq yanvar ayından etibarən Mahaçqaladan çox Türkiyədə olur və hazırlıq keçir. Lakin bu dəfə sonuncu dəfə toplanışa yığışan komanda ayın 11-də Rusiya Premyer Liqasında “Tom”la qarşılaşmaq üçün geri dönəcək.
