6 aprel 2011 17:04
Galatasaray`da yeni prezident seçkisinin tarixi açıqlandı
Türkiyənin “Galatasaray” klubunun martın 27-də baş tutan qurultayının qərarı ləğv edilib. Azerisport.az xəbər verir ki, bu barədə məhkəmə qərar çıxarıb.
Bu qurultayın nəticələri ilə bağlı şikayətlərə baxan məhkəmə Adnan Polat hakimiyyətinin baykot edilməsi ilə bağlı qərarı dondurub. Belə olan halda Polat hakimiyyəti 30 gün içində seçki keçirmək məcburiyyətindən qurtulmuş olub.
Lakin təxminən eyni saatlarda mətbuat konfransı keçirən Adnan Polat seçki tarixini açıqlayıb. Klub rəhbəri İdarə Heyəti üzvləri ilə birlikdə "Ali Sami Yen" İdman Kompleksində keçirdiyi mətbuat konfransında mayın 14-də seçkinin keçiriləcəyini bildirib.
