6 aprel 2011 17:26
Federasiya millimizin baş məşqçisi ilə yollarını niyə ayırıb?
Çimərlik Futbolu Federasiyasının yığmamızın baş məşqçisi postunda həyata keçirdiyi dəyişikliyin səbəbi müəyyənləşib. Azerisport.az xəbər verir ki, çimərlik futbolu üzrə yığmamızın rusiyalı baş məşqçisi Emil Cabbarov komandamızın sükanı arxasına yerli mütəxəssisin gətirilməsi qərara alndığı üçün postundan uzaqlaşdırılıb.
Qeyd edək ki, bir müddət öncə vəzifəsindən uzaqlaşdırılan rusiyalı Emil Cabbarovun gedişindən sonra millimizin baş məşqçi postu boş idi. Lakin bu günlərdə federasiya rəhbərliyi onun əvəzində Bəhram Hətəmovun baş məşqçi vəzifəsini icra edəcəyini bəyan etdi.
