6 aprel 2011 18:58

Zahid Oruc: Milli Məclis millimizin durumuna diqqət ayıra bilər

Milli Məclisin deputatı Zahid Oruc azerisport.az saytına müsahibəsində həmkarı Sabir Rüstəmxanlının yığmamızın üzvləri haqda söylədiyi fikirlərə münasibət bildirib, həmçinin millimizin hazırkı durumunun ölkə parlamentinin gündəliyinə çıxarılmasının mümkünlüyünü dilə gətirib:
 
- Bu yaxınlarda Milli Məclisin üzvü Sabir Rüstəmxanlı Azərbaycan yığmasının üzvlərini bir sürü qoyuna bənzətdiyini dilə gətirmişdi. Siz də müəyyən qədər futbol azarkeşi sayılırsız. Siz necə düşünürsüz, belə kəskin ifadələr nə dərəcədə düzgündü? Yoxsa onlar həqiqətən belə ağır ifadələrə layiqdilər?
- Bir qayda olaraq, mən həmkarlarımın fikirlərini şərh etməyi sevmirəm. Ancaq bilirəm ki, bu mövzuda müvafiq fikirlər səslənib və danışıqlar hələ də davam edir. Əlbəttə, hər bir vətəndaşımız arzu edir ki, Azərbaycanın futbol üzrə güclü yığma komandası olsun. Arzularını bildirərkən, hər kəs xüsusi emosiya nümayiş etdirə bilər. Hər bir kəsin xüsusi emosional ehtiyatı var. Amma problemə “tənqid və təhqir” müstəvisindən yanaşdıqda, hesab edirəm ki, ilk növbədə bu fikrin ünvanlandığı şəxslər reaksiya göstərməlidilər. Və kimsə hesab edirsə, bu fikirlər onun şərəf və ləyaqətinə toxunur, o, polemika və sağ müstəviyə müraciət edə bilər.
 
- Bəs uyğun fikirlər “milli hisslərin tənqidi” kimi qəbul edilməməlidi ki?
- Belə hallarda mən “münsiflər hakimi” olmaq istəməzdim. Müvafiq halda düzgün qərarın məhkəmə orqanları tərəfindən verilməsi daha düzgün olardı. Əlbəttə, hər halda, bu və ya digər reaksiya cəmiyyətdə qəbul edilmiş normativlərə uyğun şəkildə səslənməlidi.
 
- Əgər futbol üzrə yığmamızın uğursuzluqları davam edərsə və bu sahədə konkret böhran nəzərə çarparsa, mövcud problem parlamentdə müzakirəyə çıxarılmalıdımı?
- Baxmayaraq ki, qanunverici orqan bu sahədə konkret səlahiyyətlərə malik deyil, ancaq, kuluarlarda bu sual artıq müzakirə olunur və hətta tribunadan bir neçə dəfə bu mövzuda fikirlər səslənib. Əlbəttə, futbolun bütün dünyada populyarlığını, onun biznesin bəzi sahələrini əhatə etdiyini nəzərə alsaq, parlament bu mövzuya diqqət ayıra bilər.
 
- Ancaq digər tərəfdən, bütün bu tənqidlər Milli Məclisin digər deputatı, AFFA prezidenti Rövnəq Abdullayevə də çatır...
- Şəxsən, mən hesab etmirəm ki, bu fikirlər kimincə əleyhinə yönəlib. Fikrimcə, burda söhbət məhz futbol üzrə milli komandanın oyunundan gedir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.