6 aprel 2011 11:28
Azərbaycan – Almaniya oyununun da vaxtı müəyyənləşdi
Azərbaycan milli komandasının AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində daha bir oyununun başlama saatı müəyyənləşib. Azerisport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, artıq komandamızın Almaniya ilə ev oyununun da vaxtı məlumdu.
Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu iyunun 7-də keçiriləcək. Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 22:00-da başlayacaq.
