6 aprel 2011 12:14
İsgəndər Cavadov: Foqts nəticə verə bilmirsə, getməlidi
Azərbaycanın görkəmli futbol ustası, Regional Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov azerisport.az saytının suallarını cavablandırıb.
- Premyer Liqanın son turunun nəticələri sizi təəccübləndirmədi?
- Xeyr. Məgər elə təəccüblənəsi nəticə var idi ki?
- Məsələn, “Qarabağ”ın “Neftçi”yə məğlubiyyəti...
- Bütün komandalar eynidi. Buna görə də “Qarabağ”ın məğlubiyyətində nəsə axtarmaq lazım deyil. “Neftçi” ağdamlıların səhvlərindən yararlandı və matçın taleyini həll etdi. Əlbəttə, burda “Qarabağ”ın futbolçularının yığmanın düşərgəsindən qayıtması da sözünü dedi. Yəqin ki, tənqidlər və psixoloji amillər onların oyununa da təsir etmişdi. Sadəcə, hesab edirəm ki, ilk altılıqdakı komandaların hamısı eyni gücdədi. Şəxsən mənim üçün “Bakı”, AZAL, “İnter”, XL, “Neftçi” və “Qarabağ” arasında heç bir fərq yoxdu.
- Artıq “Neftçi” ən yaxın izləyicisi ilə xal fərqini 6-ya qaldırdı. Artıq çempionluğu qeyd etmək olar?
- Bu, rəqibləri üçün nə qədər pisdisə, lider üçün bir o qədər yaxşı göstəricidi. Məncə, “Neftçi”yə çatmaq çox çətin olacaq. Xüsusilə də, rəqibləri yenə xal itirsə. “Neftçi” çempionluğun taleyini 80 faiz həll edib.
- Yığmamızın Brüsseldəki oyunundan danışaq. Hansı ki, siz də bu oyunu izləmək üçün ora getmişdiniz...
- Mən də oyunu Brüsseldə stadiondan canlı izlədim. Amma heç cür “niyə hər şey belə oldu” sualına cavab tapa bilmədim. AFFA yığma komanda üçün hər cür şərait yaradıb. Məşqlər də arzuolunan səviyyədə həyata keçirilir. Amma oyun yoxdu. Mənim üçün Azərbaycan yığmasını belə görmək çox utandırıcı idi. Bilmirəm daha nə etməliyik ki, onlar normal futbol oynamağa başlamalıdılar.
- Sizcə, əsas problem nədi?
- Belə oyun gözləmirdim. Hətta çempionat da məhz onlara görə dayandırıldı ki, milli üzvləri normal hazırlıq prosesinə yollansın. Almaniyada 10 gün toplanışda oldular, amma nəticəsi olmadı. Ötən ilin sentyabrında da Almaniyada 10 günlük hazırlığımızın nəticəsi elə meydan sahiblərinə 1:6 hesablı məğlubiyyətimiz oldu. Belə çıxır ki, bu toplanışlar yığmaya heç bir fayda gətirmir. Elə isə, bunlar o 10 gündə nə işlə məşğul olur?
- Niyə futbolçularımız bu vəziyyətdədi?
- Bizim iki çıxış yolumuz var. Birincisi, çempionatın səviyyəsini qaldırmalıyıq. Əgər çempionat güclü deyilsə, onda biz heç vaxt güclü yığmaya malik ola bilmərik. İkincisi, bizdə legionerlərin sayı çox olmamalıdı. Hamısı eyni səviyyəli futbolçulardı. Belədə biz yığmadan nə gözləyə bilərik ki?
- Çoxları artıq heç olmasa layiqli oyun gözləyir...
- Bu, sadəcə biabırçılıq idi. Daha nə deyəsən? Guya bu, birinci dəfədi ki? Artıq 20 ildi ki, futbolumuz elə bu səviyyədədi. Türkiyə üzərindəki qələbədən sonra hamı daha yaxşı olacağını gözləyirdi. Komandada böyük problemlər var ki, həll edilməsi lazımdı.
- Artıq Berti Foqtsun istefasını tələb edənlərin sayı durmadan artır...
- İstefadan danışmaq məşqçinin işidi. O, həmişə özünü təkzib edir. Oyuna kimi deyir ki, qələbə qazanmalıyıq, futbolumuz inkişaf edir. Oyundan sonra da deyir ki, getməyə hazıram. Onu başa düşmək olmur. Əgər məşqçi nəticə verə bilmirsə, getməlidi. Bizə boş vədlər lazım deyil. Bizə nəticə və normal oyun lazımdı.
- İstefadan danışmaq məşqçinin işidi. O, həmişə özünü təkzib edir. Oyuna kimi deyir ki, qələbə qazanmalıyıq, futbolumuz inkişaf edir. Oyundan sonra da deyir ki, getməyə hazıram. Onu başa düşmək olmur. Əgər məşqçi nəticə verə bilmirsə, getməlidi. Bizə boş vədlər lazım deyil. Bizə nəticə və normal oyun lazımdı.
- Siz onun gedişinin əleyhinə deyilsiz?
- İki ay sonra biz Qazaxıstanla oynayırıq. Bəs komandanı kim hazırlamalıdı? Foqts bura gələnə kimi bilmirdi ki, burda yaxşı futbolçular çox azdı. Ancaq indi görür ki, heç nə alınmır.
- Qazaxıstanı udsaq, vəziyyət dəyişəcək?
- Bu haqda artıq indidən düşünmək lazımdı. Qoy Foqts Azərbaycanda daha çox vaxt keçirsin. Almaniyada oturmaqla o, heç nə öyrənə bilməyəcək. Bəlkə, hansısa komandalarda yığmamıza kömək edəcək futbolçular var. Belçika ilə məğlubiyyətə görə isə, yığma rəhbərliyi cavab verməlidi.
- Bu haqda artıq indidən düşünmək lazımdı. Qoy Foqts Azərbaycanda daha çox vaxt keçirsin. Almaniyada oturmaqla o, heç nə öyrənə bilməyəcək. Bəlkə, hansısa komandalarda yığmamıza kömək edəcək futbolçular var. Belçika ilə məğlubiyyətə görə isə, yığma rəhbərliyi cavab verməlidi.
- Hər halda siz də İK-nın üzvüsüz və Foqtsun təyinatını dəstəkləyənlərdən biri olmusuz. Deməli, siz də cavab verə bilərsiz...
- Mən Foqtsa səs verməmişdim. O vaxt braziliyalı Karlos Alberto Torres təyin olunanda ona da səs verməmişdim. Sadəcə neytral olmuşdum və futbolumuzun problemlərinin həllinin vacib olduğunu vurğulamışdım. Artıq yığma haqda daha ciddi düşünmək lazımdı.
