7 aprel 2011 13:06

Dmitri Kruqlov: O, yaxşı komanda hazırlayıb

“İnter”in futbolçusu Dmitri Kruqlov komandanın son uğursuzluqlarının səbəbləri barədə danışıb, qarşıdakı “Neftçi”ylə görüş haqqında fikirlərini açıqlayıb, Estoniya yığmasının uğurlarına toxunub. Azerisport.az onun bəzi açıqlamaları ilə sizi də tanış edir:
 
“Birinci dəfə deyil ki, biz oyunda üstünlüyə malik olsaq da, qol buraxırıq və sonradan cavab qolu vurmağa cəhdlərdə çətinlik çəkməyə başlayırıq. Həlledici anda komandaya diqqətlilik çatmır. Bizə hücumda aqressivlik və müdafiədə diqqətlilik çatışmır. Bu, əvvəlki matçlarda olduğu kimi, AZAL ilə qarşılaşmada da baş verdi. Məğlubiyyət və xal itkisi həmişə psixoloji cəhətdən sarsıdır. Ancaq düşünürəm ki, yaxşı oyunla müşahidə olunan bir qələbə bizi əvvəlki vəziyyətə qaytaracaq. Çempion titulunu qazanmaq bu titulu saxlamaqdan həmişə çətindi. Axı, çempiona qarşı bütün klublar ikiqat motivasiya ilə oynayır. Avrokuboka gəldikdə isə ancaq onu deyə bilərəm ki, bizim komandanın ən qiymətli vəsiqəni əldə etmək üçün hər imkanı var. Bundan başqa, biz məqsədimizə həm çempionat, həm də kubok vasitəsilə çata bilərik”.
 
Kruqlov qarşıdakı “Neftçi” ilə oyuna da toxunub: “İkinci dövrədə onlarla heç-heçə oynamışdıq - 1:1. Həmin qarşılaşmada komandamız əla görünürdü və yalnız final fitinin səslənməsinə yaxın qələbəni əldən verdik. Qarşıdakı matçın əhəmiyyəti barədə nəsə deməyə dəyməz, hamı onsuz da bu qarşılaşmanın dəyərini bilir. Keçmiş komandana qarşı oyunda özünü yalnız yaxşı tərəfdən göstərməyə çalışırsan, nəyə qadir olduğunu göstərməyə cəhd edirsən. Amma daha vacibi qələbədi”.
 
Dmitri Estoniya yığmasının son uğurlarından danışarkən, bunları dilə gətirib: “Hər bir futbolçu üçün milli komanda xüsusi əhəmiyyət daşıyır. Millidə oynamaq həmişə xoşdu. Axı, ölkənin şərəfini müdafiə edən zaman həddən artıq motivasiyalı olursan. Xüsusilə xoşdu ki, Uruqvay və Serbiya kimi güclü komandalara qarşı matçlarda qalib gələ bilirik. Bu uğurlar hamıya çox müsbət təsir göstərdi. Bizim çox möhkəm kollektivimiz var. Bütün futbolçular bunu bilirlər, ən başlıcası odu ki, meydançada vəzifələrini ürəklə yerinə yetirirlər. Baş məşqçimiz Tarmo Ryuyutlinin xidmətlərini də qeyd etmək lazımdı. O, yaxşı komanda hazırlayıb. Uşaqlar var güclərilə oynayırlar və çox sevindirir ki, bizdə alınır”. (klubun rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.