7 aprel 2011 13:35
İqor Mitreski: Qarabağ`ı udmaqla, hər şey bitməyib
"Neftçi”nin makedoniyalı müdafiəçisi İqor Mitreski azerisport.az saytına müsahibəsində qarşıdakı son çempion “İnter”lə oyun haqda danışıb.
- Artıq hamı “Neftçi”nin çempion olacağını qəbul edib. Bununla bağlı siz nə deyə bilərsiz?
- Mən bütün rəqiblərimizə hörmətlə yanaşıram. Bizim hələ qarşıda bir neçə çətin oyunumuz var. Hansı ki, 21 xal toplamaq olar. Hadisələri qabaqlamaq istəmirik. Bizim əsas rəqiblərimizdən olan “Qarabağ”ı məğlub etməyimiz çox yaxşı oldu. Ancaq hələ bununla hər şey bitməyib.
- Bir çox Avropa ölkələrində liderlər öz çempionluq şanslarından əminliklə danışırlar. Siz öz gücünüzə əmin olmadığınız üçün belə ehtiyatlı danışırsız?
- Xeyr. Burda məsələ əminlikdə deyil. Sadəcə biz belə erkən arxayınlaşmamalıyıq. Bu, hər şeyi korlaya bilər.
- Deməli, siz qorxursuz ki, rəqibləriniz sizin arxayınlığınızdan yararlana bilər...
- İstənilən halda ətrafda hər kəsin “Neftçi” artıq çempiondu” deməsi komandanı oyundan uzaqlaşdırır. Mən belə situasiya ilə Moskva “Spartak”ında da rastlaşmışam və son tura kimi heç kəs sayıqlığını itirmədi. Bizim üçün ən əsası mümkün qədər maksimum xal toplamağa çalışmaq və izləyicilərimizlə fərqi artırmaqdı.
- Əvvəlki formasından uzaq olan son çempionla - “İnter”lə oyundan nə gözləyirsiz?
- Əminəm ki, onlar “Neftçi”yə qarşı 200 faiz güclü istəklə çıxacaqlar. Bu, bizim üçün çox ciddi məqamdı. Amma biz sadəcə 3 xal üçün oynayacağıq. Üstünlüyümüzü sona kimi saxlamaq çox vacibdi.
- “İnter”ə qarşı necə oynamaq fikrindəsiz?
- Biz artıq sübut emişik ki, bu mövsüm həm hamıdan yaxşı hücum edə, həm də müdafiə oluna bilirik. Bunu vurulan və buraxılan qolların sayı da sübut edir. Hər oyun üçün bizim taktikamız var. Həmişəki oyunumuzu sərgiləyə bilsək, qələbə qazanarıq.
- Heç-heçə sizi qane edəcək?
- Heç-heçə ən pis halda qəbul oluna bilər. Amma qələbə qazansaq, daha yaxşı olar...
- Bəs əsas izləyicilərinizin - “Qarabağ”la “Xəzər Lənkəran”ın duelində hansı nəticəyə azarkeşlik edəcəksiz?
- Məni ancaq “Neftçi”nin oyunları maraqlandırır.
- Hazırkı məqamda bu, bir qədər çətin görünür...
- Heç-heçə bizim üçün daha yaxşı nəticə olar. Ümid edirəm ki, həmin oyun məhz belə də başa çatar.
