7 aprel 2011 13:40
Vüqar Nadirov Röyadan dəvət gözləyir
“Qarabağ”ın və milli komandamızın hücumçusu Vüqar Nadirov futbolçuların müğənnilərlər birgə klipə çəkilməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Ruslan Abışovun müğənni Sevda Yəhyayevanın klipinə çəkilməsini normal qarşıladım. Ən vacibi odu ki, bu, futbolumuza təsir göstərməsin. Əgər mənə də eyni təklif olunsa, düşünərəm. Mənim cavabım daha çox hansı müğənninin mənə dəvət göndərməsindən asılı olar. Məsələn, Röyadan belə təklif alsam, məmnuniyyətlə qəbul edərəm”.
