7 aprel 2011 13:52
Qarabağ`la oyun öncəsi XL-da daha bir itki
Həftəsonu səfərdə “Qarabağ”ın qonağı olacaq “Xəzər Lənkəran” prinsipial oyun öncəsi daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, “Bakı” ilə son qarşılaşmada zədələnən Kosmin Frasineskunun da bu oyunda iştirak edib-etməyəcəyi sual altındadı.
Maraq üçün qeyd edək ki, Frasineskudan əlavə cənubluların düşərgəsində Alim Qurbanov, Elnur Abdullayev və Elnur Allahverdiyevin də qarşıdakı görüşdə iştirak edib-etməyəcəyinə son anda aydınlıq gələcək. Kapitan Kamran Ağayev isə hələ də soyuqdəymədən əziyyət çəkir və məşqlərə qatılmır.
