7 aprel 2011 14:29
Rauf Əliyev də XL-la oyunun hazırlıqlarına başladı
“Qarabağ” Premyer Liqanın qarşıdakı turunun “Xəzər Lənkəran”la oyununun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bazar günü özündən bir üst öndə qərarlaşmış cənubluları qəbul edəcək Qurban Qurbanovun komandası gündə bir dəfə olmaqla məşqlərini Suraxanı qəsəbə stadionunda davam etdirir.
Ağdamlıların məşqləri oyunun baş tutacağı saatda, 16:00-da keçirilir. Komandanın hazırlığında futbolçuların hamısı iştirak edir. Sadəcə, ayağında burxulma olan Sahil Kərimov məşqlərdən kənarda qalıb.
“Neftçi”ylə son oyunda zədələnən Rauf Əliyev də məşqlərə başlayıb. Gözünə palçıq düşən forvard 2 günlük fasilənin ardından hazırlıqlarla qoşulub.
