7 aprel 2011 15:03
AFFA yığmamız üçün daha bir rəqib tapdı
Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 9-da yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, komandamız “Abşeron” klubunun əvəzedici komandası ilə sınaq matçına çıxacaq.
Qarşılaşma Şağan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək və saat 17:00-da başlayacaq.
