7 aprel 2011 15:57

Vüqar Nadirov: XL-la oyunda 3 xalı mütləq biz götürməliyik

“Qarabağ”ın hücumçusu Vüqar Nadirov Premyer Liqanın qarşıdakı 26-cı turunun “Xəzər Lənkəran”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Baş məşqçiniz Qurban Qurbanov “Neftçi”yə məğlubiyyətdən sonra bildirdi ki, bu yenilgi komandanın xeyrinə işləyəcək. Siz bu fikirlərlə razısız?
- Əlbəttə, yaxşı olardı ki, həmin oyunda da qələbə qazanaq. Amma məğlub olduq və belə olan halda da müsbət yönləri düşünmək lazımdı. Əgər Qurban Qurbanov elə deyirsə, deməli elədi. Ən başlıcası odu ki, biz bu məğlubiyyətdən nəticə çıxaraq.
 
- Bəs hansısa nəticələr çıxara bilmisizmi?
- Ondan başlayaq ki, biz doqquz tur idi uduzmurduq. Amma bu, nə vaxtsa baş verməliydi. Biz 9 yaxşı oyun keçirmişdik. Təəssüf ki, gəlib elə bir oyunda uduzduq ki, mütləq qələbə qazanmalı idik. “Neftçi” erkən qol vurdu ki, bundan sonra da müdafiəyə çəkildi. İkinci qol isə artıq məsələni həll etmiş oldu.
 
- Seriyanızın qırılması nə dərəcədə pis təsir bağışladı?
- Şəxsən mənə çox pis təsir bağışladı.
 
- Məhz belə həlledici məqamda baş verdiyi üçün?
- Xeyr, ümumiyyətlə seriyamız qırıldığı üçün. Çox istərdim ki, seriyamız mövsümün sonuna kimi davam etsin. Bu, həmişə yaddaqalan və xoş bir faktdı.
 
- Növbəti turda siz qızıl medallara daha bir namizəd komandayla qarşılaşırsız...
- Bu dəfə uduzmaq olmaz. Biz ötən il Lənkəranda bu rəqibimizə qalib gəlmişdik (2:1). İndi bu nəticəni doğma meydanda da təkrarlamalıyıq. Ciddi rəqibdi. Amma biz 3 xalı mütləq götürməliyik.
 
- Bu komandalardan birinin qələbəsi digərinin qızıl medal şanslarını çox aşağı salmış olacaq...
- Bax buna görə də, qarşıdakı oyun həm bizim, həm də rəqib komanda üçün böyük əhəmiyyətə malikdi. Heç-heçə hər iki komandanın şanslarını aşağı salmış olacaq. Təbii ki, “Neftçi” də “İnter”ə qalib gəlsə. Amma hər şeyə rəğmən, əminəm ki, çempionluq mübarizəsi son tura kimi davam edəcək. Necə ki, ötən il 3 komandanın qızıl medallara sahib çıxmaq imkanı var idi.
 
- Deməli, sizcə “Neftçi” heç də əlçatmaz deyil?
- Təbii ki. Düşünmürəm ki, onlar qarşıdakı turlarda xal itkisi ilə üzləşməyəcək. Hamı xal itirəcək. Sadəcə, baxır bunu kim daha az edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.