7 aprel 2011 17:32
Yusifov Neftçi`yə mesaj göndərib, XL-a meydan oxudu
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov qarşıdan gələn “Xəzər Lənkəran”la oyun haqqında danışıb. Azerisport.az xəbər verir ki, orta sahə oyunçusu komandasının ikincilik uğrundakı bu gərgin mübarizədə şanslarını belə dəyərləndirib:
“Xəzər Lənkəran”la oyuna adi oyun kimi yanaşırıq. Bilirik ki, cox vacib oyundu. Komandamızın tam heyətlə çalışması da yerinə düşdü. Rəqibimiz həqiqətən yaxşı komandadı. Fərdi keyfiyyətlərə malik çox güclü oyunçuları var. Amma etiraf etməliyəm ki, onların arasında Parks tam fərqlənir. O, müdafiəni təkbaşına yarmağa qadirdi. Amma bu o demək deyil ki, rəqibdən çəkinirik. Biz hər oyuna qələbə üçün çıxırıq.
“Neftçi”ylə oyunda həqiqətən də şanssızlıqla üzləşdik. İlk dəqiqələrdə qol buraxmağımız oyunumuzu təmiz pozdu. Bəli, baxanda gərək hər vəziyyətə hazır olasan. Amma həmin gün bizim günümüz deyildi. Artıq “Neftçi”ylə oyunda baş verənləri unutmuşuq. Onlarla hələ daha bir oyunumuz var. Ona qədər isə digər oyunları fikirləşmək lazımdı. Qarşıda bizi 7 oyun gözləyir. Hələ çox şey dəyişə bilər. Amma ilk növbədə bazar günü baş tutacaq oyuna konsentrasiya olmaq lazımdı. Bu oyunda qazanacağımız qələbə bizə üstünlük verəcək. Amma udmaq üçün çox çalışmalıyıq. “Xəzər Lənkəran” 3 oyundu qələbə qazana bilmir. Nəyin bahasına olursa-olsun qələbə qazanmaq istəyəcəklər. Ona görə də ciddi olaraq bazar günkü oyuna hazırlaşırıq”.
