7 aprel 2011 18:04
Berti Foqts Neftçi və Qarabağ`ın oyununda
Milli komandamızın baş məşqçisi Berti Foqts bu gecə yenidən Bakıya qayıdacaq. Azerisport.az xəbər verir ki, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə səfər oyunundan (1:4) sonra ölkəsinə yollanan almaniyalı mütəxəssisin istirahəti başa çatıb.
Bu səfəri çərçivəsində Foqtsun ilk işi Premyer Liqanın 26-cı turunun oyunlarına baxmaq olacaq. Qeyd edək ki, baş məşqçi bu tur şənbə günü baş tutacaq “İnter” – “Neftçi” və bazar gününə təsadüf edəcək “Qarabağ” – “Xəzər Lənkəran” qarşılaşmalarını canlı izləyəcək.
Berti Foqtsun bu səfərindəki əsas işi isə aprelin 11-dən 16-dək millinin Bakıda növbəti təlim-məşq toplanışına yığmaq olacaq. Xatırladaq ki, almaniyalı mütəxəssis bu hazırlıq prosesinə 28 futbolçu dəvət edib.
