7 aprel 2011 11:52

"Bülənt Korkmazla Cüneyt Biçər Bakı`ya daha çox kömək etdi"

“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç azerisport.az saytına müsahibəsində Premyer Liqanın 25-ci turunun “Xəzər Lənkəran”la oyunundakı mübahisəli epizoddan, qarşıdakı AZAL ilə dueldən, öz oyunundan və baş məşqçilərindən danışıb.
 
- AZAL ilə oyunun hazırlıqları necə davam edir?
- Hazırlıqlar normal gedir. Adi qaydada məşq edirik. Rəqibimiz yaxşı komandadı. “Altılıq”da onlar daha güclü təsir bağışlayırlar. Bu oyunda qeydə alına biləcək heç-heçə bizim üçün elə məğlubiyyətə bərabər olacaq. Buna görə də əsas məqsədimiz qələbə qazanmaqdı.
 
- “Bakı” hələ “altılıq”da qələbə qazana bilməyib...
- Nə demək olar ki? Bizim baş məşqçimiz yenidi. Hələ öz sistemini qurmaqla məşğuldu. O bizə öz metodunu aşılamağa, biz də onun iş sisteminə alışmağa çalışırıq. Amma ümid edirəm ki, AZAL ilə oyunda istədiyimiz nətiсəni qazana biləcəyik.

- Aleksandr Starkovun gəlişindən sonra komandada hər kəs bildirir ki, oyun planında çox şey dəyişib. Lakin nəticələrdə bu hələlik görünmür...
- Burda sadəcə aparıcı oyunçularımızın zədədən əziyyət çəkməsi sözünü deyir. Digər tərəfdən bəzi mövqelərdə hələ də axtarışlar davam edir. Bütövlükdə bu mövsüm bizim üçün heç də uğurlu getmir. Lakin düşünürəm ki, tezliklə əvvəlki formamızı bərpa edə və özümüzün ən yaxşı futbolumuzu nümayiş etdirə biləcəyik.

- “Xəzər Lənkəran”la son oyun haqda nə deyə bilərsiz. Hansı ki, bu komandayla kubokda da qarşılaşacaqsız...
- Birinci hissədə biz yaxşı oynadıq. İkinci hissədə nə baş verdisə, bilmədim. Ola bilər nəzarəti itirdik və buna görə də müdafiəyə çəkildik. Ümumiyyətlə, “Bakı”ya öz oyunu sərgiləmək üçün cəmi 1 qol bəs edir ki, komandada özünəinam yaransın.

- Yeri gəlmişkən, həmin oyunda rəqib futbolçunun qapınıza vurduğu sayılmayan qolla sizin fikriniz necədi?
- Fikrimcə, hakim doğru qərar qəbul etdi. Axı Emeka Opara həmin anda bizim futbolçuya qarşı qaydanı pozurdu. Buna görə də, mən razı deyiləm ki, hakimi həmin qolu saymamaqda ittiham edirlər.
 
- “Bakı”nın avrokuboklara düşmək şansını necə dəyərləndirirsiz?
- Fikrimcə, bu, həyata keçirilməsi tam mümkün olan bir vəzifədi. Nə qədər ki, bu şansımız qalır, biz bu yolda mübarizəmizi sona kimi davam etdirəcəyik.
 
- Azarkeşlər nə vaxt əvvəlki Şoliçi görə biləcəklər?
- Bilirsiz ki, son vaxtlar mən çox mövqe dəyişirəm. Mənim əsl ampluam pleymeykerdi. Bəli, mən mərkəzdə də, cinahlarda da oynaya bilirəm. 4-4-2 sxemində yarımmüdafiənin mərkəzində oynamaq mənim üçün idealdı. Digər tərəfdən də nə vaxt ki, bütün komanda yaxşı oynayır, onda məndə də hər şey alınır.

- Starkova kimi siz “Bakı”da daha 4 məşqçinin rəhbərliyi altında çalışmısız – Qyoko Haciyevski, Bülənt Korkmaz, Cüneyt Biçər və Vinfrid Şefer. Onlardan hansıyla işləmək sizin üçün daha asan olub?
- Düşünürəm ki, mənim öz perspektivimi açmağımda daha böyük rol oynayanlar Bülənt Korkmazla Cüneyt Biçər oldu. Onlar “Bakı”ya çox kömək etdilər. Həm intizam baxımından, həm də insani keyfiyyətləri ilə. Məhz onların sayəsində ötən il biz öz imkanlarımızı aça, həm çempionatda nəticə qazana bildik, həm də kuboka sahib çıxdıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.