7 aprel 2011 11:44

Fatih Kavlak: Qarabağ`ın məşqlərində daha aktiv idim

Hazırda “Qəbələ”də yardımçı məşqçi vəzifəsini yerinə yetirən Fatih Kavlak buna qədər “Malatyaspor”, “Gənclərbirliyi”, “Trabzonspor”, “Qarabağ” klublarında çalışıb. Azerisport.az xəbər verir ki, Fatih Kavlak karyerası ərzində, əsasən, tanınmış mütəxəssis Ziya Doğanın rəhbərlik etdiyi məşqçi heyətində yer alıb və onun təcrübəsindən bəhrələnib. Hazırda fəaliyyətini “Qəbələ”də baş məçqçi köməkçisi kimi davam etdirən bu gənc məşqçi ilə müsahibəni təqdim edirik:
 
- Mən Toni Adamsın köməkçisiyəm. Özümüzün və rəqib komandanın oyununun analizi, oyunçuları izləmək və eyni zamanda futbolçuların fiziki hazırlığı da mənim vəzifəmə daxildir. Bundan başqa, hansı məsələlərdə ehtiyac yaranırsa, həmin işlərdə baş məşqçiyə köməklik göstərirəm.
 
- Futbolçulardan bəziləri deyir ki, bizi Fatih hocanın əlinə versəniz, canımızı alar...
- Belə deyirlərsə, buna sevindim. Baş məşqçinin tərtib etdiyi ümumi məşq proqramında müxtəlif bölümlər, o cümlədən, fiziki bölüm də var. Fiziki hazırlıq proqramını mən həyata keçirirəm.
 
- Bundan əvvəl “Qarabağ”da çalışırdınız. Ordakı işinizlə burdakı arasında hansı fərqlər var?
- “Qarabağ”da Qurban Qurbanovun birinci köməkçisi idim. Burda həmin vəzifəni Qari Stivens yerinə yetirir. Müqayisə üçün deyim ki, “Qarabağ”da məşqlərdə daha aktiv idim. Ümumən götürsək, hər iki komandada işim çox oxşardı. Ola bilsin, başqa klublarda fiziki hazırlıq üzrə ayrıca məşqçi var. Bu vəzifəni “Qəbələ”də mən həyata keçirirəm, sadəcə, Toni Adamsın hazırlıq proqramı çərçivəsində.
 
- Futbolçuların fiziki hazırlıq səviyyəsini necə, hansı yolla müəyyən edirsiz?
- “Yo-yo test” deyilən bir kompüter proqramı var. Bu proqram vasitəsilə dövrələrarası fasilələrdə futbolçuları testdən keçiririk. Sonra onların hazırlıq səviyyəsini əks etdirən protokollarla tanış oluruq. Tələblərə cavab verməyən futbolçuları əlavə məşqlərə cəlb edirik. Bu testləri mövsümün əvvəlində, ortasında, bir də sonunda  edirik.
 
- Testlər oxucular üçün maraqlı ola biləcək məqamlara, deyək ki, ““Qəbələ”nin ən sürətli futbolçusu kimdi” sualına aydınlıq gətirirmi?
 -Xeyr, bu test metodu futbolçuların hazırlıq səviyyəsini göstərir, ən sürətli, yaxud ən çox qaçan futbolçunu ayırd etmir. Oxucuları üçün maraqlı ola biləcək bir faktı açıqlaya bilərəm. Məsələn, testlərin nəticələrinə görə, futbolçularımızın fiziki göstəriciləri ideal səviyyədədir.
 
- Deyirlər “Qəbələ” atletik futbola üstünlük verir. Belədi?
- “Qəbələ”nin oyunlarını kənardan izləyənlərə elə gələ bilər ki, biz atletik futbola üstünlük veririk, amma belə deyil. Bizdə matç anında, futbolçuların nə qədər məsafə qət etdiyini, onların orta hesabla saatda neçə kilometr qaçdığını müəyyən edən proqram yoxdu. Odu ki, “Qəbələ”ni başqa komandalarla müqayisə edə bilmirik. Çempionatda 24, kubokda isə 3 matç oynamışıq. Matçların texniki analizi göstərir ki, yalan olmasın, həmin oyunların 20-də 90 dəqiqəni rəqibdən daha yaxşı başa vurmuşuq. Ola bilər, azarkeşlər “Qəbələ”nin bir oyununa görə komandaya qiymət verirlər. Amma biz bir oyunu, ayrı-ayrı epizodları təkrar-təkrar izləyib, analiz edirik. Araşdırmalar göstərir ki, qollarımızın əksəriyyətini oyunun son 15 dəqiqəsində vururuq. Bu, o deməkdi ki, futbolçularımızın fiziki hazırlığı qənaətbəxşdi. Söz yox ki, fiziki hazırlığa həddən artıq yer versək, futbolçular daha sürətli və güclü olar, amma başqa komponentlərdə geriləyərlər. 
 
- Siz 8 il həvəskarlar arasında futbol oynamısınız. Nə üçün professional futbola keçmədiniz?
- Sadəcə, buna imkanım olmadı. 5 il universitetdə təhsil aldım, 3 il də işlədim. Ya özümü yaxşı tərəfdən göstərə bilməmişəm, ya da, sadəcə, məni görən olmayıb. Əslində, bütünlüklə özümü futbola verə bilmədim. Buna görə də 26 yaşımda  futbol oynamağı bir kənara qoyub, məşqçiliyə başladım. Artıq 11 ildir məşqçiliklə məşğulam.
 
- Türkiyədə Hikmət Karaman, Ziya Doğan kimi tanınmış mütəxəssislərlə birgə çalışmısız. Onlardan nə öyrəndiniz, burda Toni Adamsdan nə götürürsüz?
- Hər bir məşqçiylə birgə çalışmalarda nəsə öyrənmişəm. Məşqçiliyə Türkiyədə Hikmət Karamanla başladım, Güvənc Kurtarla, Ziya Doğanla, Azərbaycanda Qurban Qurbanovla birgə işlədim. Bu mütəxəssislərlə çalışmaq mənim üçün təcrübə toplamaq baxımından çox faydalı oldu. Ayrı-ayrılıqda qeyd etməyim doğru olmaz, amma hər bir məşqçidən nələrsə öyrənmişəm. Nələri gördüyümü və götürdüyümü özümə saxlamaq istəyirəm. Hazırda  Avropa futbolunun ən tanınmış simalarından olan Toni Adamsın  yanındayam. Onun futbolçularla davranışını görürəm, futbol anlayışından bəhrələnirəm.
 
- Nə vaxtsa baş məşqçi olmaq niyyətiniz varmı?
- Əlbəttə, əsas istəyim də elə budu. Hazırda “A” dərəcəli məşqçiyəm. Yaxın illərdə “Pro” lisenziyasını almaq niyyətindəyəm. İşləyəcəyim komandada yaxşı başlamaq lazımdır ki, davamı da uğurlu olsun. Bunu isə zaman göstərəcək.
 
Mənbə: “Qəbələ FK”

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.