8 aprel 2011 00:19
Beşiktaş - Genclerbirliği finalına doğru (YENİLƏNİB)
Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə cəmi bir qarşılaşma keçirilib.
Superliqada işləri elə də yaxşı getməyən “Beşiktaş” dogma meydanda “Gaziantepspor”la münasibətlərinə aydınlıq gətirib. İki oyundan ibarət bu mərhələnin birinci dueli “ağ-qaralar”ın inamlı qələbəsi ilə başa çatıb.
Yarımfinalın digər görüşü isə bu gün keçirilib. "İstanbul BB" doğma meydanda qarşılaşdığı "Genclerbirliği"nə yenilgidən çətinliklə yaxa qurtara bilib.
Türkiyə kuboku
Yarımfinal (ilk oyunlar)
6 aprel
Beşiktaş – Gaziantepspor – 3:0
Qollar: Simao, 64; 86, Almeyda, 75.
7 aprel
İstanbul BB - Genclerbirliği - 1:1
Qollar: Holosko, 62-pen - Pektemek, 21.
Matçın 44-cü dəqiqəsində meydan sahiblərinin üzvü İ.Akın penaltidən yararlana bilməyib.
