7 aprel 2011 00:23
XL Qarabağ`la oyuna Kamran Ağayevsiz çıxa bilər
“Xəzər Lənkəran”ın yarımmüdafiəçiləri Elnur Abdullayev və Alim Qurbanov, eləcə də müdafiəçi Elnur Allahverdiyev artıq sıraya dönüb. Azerisport.az xəbər verir ki, yüngül zədə və soyuqdəymədən əziyyət çəkən bu futbolçuların durumu tam yaxşılaşmasa da, artıq fərdi məşqlərə başlayıblar və həftəsonu baş tutacaq “Qarabağ”la qarşılaşmada iştirak edə biləcəklər.
Lakin cənub təmsilçisinin kapitanı Kamran Ağayev dünənki məşqlərdə də iştirak edə bilməyib. Millimizin də şərəfini qoruyan qapıçının soyuqdəymədən əziyyət çəkdiyi bildirilir və hələlik Ağdam klubuna qarşı forma geyib-geyməyəcəyi dəqiq bilinmir.
