8 aprel 2011 13:07
“Hamı Rednikin komandasının sərgilədiyi oyundan danışır”
Rumıniya Peşəkar Futbol Liqasının prezidenti Draqomir Dumitru “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Redniklə bağlı maraqlı açıqlama verib. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında Rednikin Rumıniya millisini çalışdırmaq perspektivini belə dəyərləndirib:
“Mümkündü ki, yığmanın sükanı arxasına Kosmin Olariu və ya Viktor Pitsurka gətirilsin. Amma hər kəs daha çox Mirça Rednikin komandalarının sərgilədiyi oyundan danışır. İndi o, Azərbaycanda, “Xəzər Lənkəran” klubunda çalışır. Yayda isə o, sərbəst olacaq”.
