8 aprel 2011 13:15
Nazim Süleymanov Bakı ilə oyun öncəsi ehtiyatlı danışdı
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın 26-cı turunun “Bakı” ilə qarşıdakı oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində “təyyarəçilər”in çalışdırıcısı bunları dilə gətirib:
“Bakı” Aleksandr Starkovun gəlişindən sonra komanda oyunu sərgiləməyə başlayıb. Onların oyunu daha da yaxşılaşıb. Rəqibimiz artıq öz oyununu sərgiləməyi bacarır. Odu ki, istənilən halda bizə çətin olacaq. Çünki “Neftçi” və “Xəzər Lənkəran” kimi “Bakı”nın da heyətində yaxşı legionerlər var”.
