8 aprel 2011 13:24
Neftçi İnter`lə oyuna Şəfa`da hazırlaşır
Premyer Liqanın 26-cı turunda səfərdə son ölkə çempionu "İnter"lə qarşılaşacaq "Neftçi" sözügedən oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, flaqman baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məşqlərə ara vermir.
Bu gün “ağ-qaralar” matçın keçiriləcəyi "Şəfa" stadionunda məşq edəcək. "İnter"in ev oyunlarını keçirdiyi arenadakı məşq saat 17:00-da başlayacaq.
