8 aprel 2011 14:10

Nazim Süleymanov: Biz altılıqda heç kimin yerini tutmamışıq

AZAl-ın baş məşqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibəsində “Bakı” ilə qarşıdakı oyundan və “İnter” üzərindəki qələbədən danışıb.
 
- “Bakı” ilə qarşıdakı oyundan nə gölzəyirsiz?
- Bizim üçün rəqibin kimliyinin fərqi yoxdu. Bütün oyunlarda qələbə üçün oynayırıq. “Altılıq”da hər bir oyun vəziyyəti dəyişə bilər. Bu üzdən hər bir xal bizim üçün qiymətlidi. Özü də qarşıdakı oyun bizim yeni stadionumuzda keçirəcəyimiz ilk və tarixi bir matç olacaq. Buna görə də Şüvəlandakı ilk oyunumuzda qələbə qazanmaq istəyirik. Burda bizim üçün hər cür şərait yaradılıb. Hazırda məşqlərimizi də burda həyata keçiririk. Biz hələ ötən ev oyunumuzu – “İnter”lə qarşılaşmanı da burda keçirmək istəyirdik. Lakin isti suyun olmaması səbəbindən həmin matç “Şəfa”da baş tutdu.
 
- AZAL-ın “İnter” üzərindəki qələbəsi nəyin sayəsində mümkün oldu?
- Futbolda nəyin necə başa çatacağını heç kim öncədən deyə bilməz. Bu oyunda biz sona kimi mübarizə apardıq və düşünürəm ki, qələbəni də rəqibdən daha çox istəyirdik. “İnter”lə oyuna yüksək səviyyədə hazırlaşmışdıq. Futbolçularımız da görüşün vacibliyini başa düşürdülər.
 
- Kubokda da sizi məhz bu komandayla duellər gözləyir...
- Bu, artıq xüsusi turnirdi. Çempionatda hər şey fərqlidi. Gəlin, bu haqda ayın sonunda danışarıq. İndi bizə daha çox “Bakı” ilə oyunu düşünmək lazımdı. Kubok oyunlarına hələ xeyli vaxt var. Bu haqda indidən düşünmək tezdi.
 
- AZAL-ın çempionatdakı əsas hədəfi nədi?
- Çempionatın sonuna hələ 7 tur qalıb. Deməli, hələ 21 xal toplaya bilərik. Turnir cədvəlində istənilən komanda zirvəyə qalxa da bilər, yuxarılarda olanlar isə enə. Odu ki, gəlin tələsməyək və mövsümün sonunu gözləyək. Yayda hamı deyirdi ki, AZAL ilk altılığa düşə bilməyəcək. Bizdən soruşurdular ki, siz altılıqda kimin yerini tutacaqsız? Biz öz yerimizi tutmuşuq və sona kimi də oynayacağıq. Rəhbərlik qarşımıza tapşırıq qoyub və biz də həmin vəzifəni yerinə yetirməyə çalışırıq. Xüsusi arzularımız da kubokla bağlıdı.
 
- Komandanızı “Bakı” ilə oyunun favoriti saymaq olar?
- “Bakı” çempionatın ən güclü klublarından biridi. Mən onların “Xəzər Lənkəran”a qarşı oyunlarını izlədim: sadəcə əla oynadılar. Onların oyunu mənim çox xoşuma gəldi. Yeni baş məşqçinin gəlişindən sonra “zolaqlılar”da motivasiya da dəyişib. XL-a qarşı sona kimi  mübarizə apardılar. Onlarla qarşılaşmada bizə çox çətin olacaq. Amma elə “Bakı” üçün də kifayət qədər çətin olacaq.
 
- Qarşıdakı rəqibinizi necə qiymətləndirirsiz?
- Yadınızdadısa, mövsümün əvvəlində “Bakı”nın çempion olacağı iddia edilirdi. Amma nədənsə, onlarda alınmadı. Bunu isə yəqin ki, məhz bu komandada çalışanlar daha yaxşı bilirlər. Mənə elə gəlir ki, yeni baş məşqçinin gəlişindən sonra onlar öz oyunlarını tapıblar. Onların heyətində əla legionerlər var ki, hər an oyunun gedişini dəyişə bilərlər.
 
- Məsələn?
- Jaba. Premyer Liqanın ən yaxşı oyunçularından biridi. Ötən mövsüm o, komandasına çox kömək etdi. İndi də bir çox vacib qarşılaşmalarda qol vurmağa davam edir. Meydanda onu gözdən qaçırmaq olmaz. Jaba həm qol vəziyyəti yaratmağı, həm də ondan istifadə etməyi bacaran futbolçudu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.