8 aprel 2011 02:27
Kamran yenə məşq etmədi, Poladov da sıradan çıxdı
"Xəzər Lənkəran" Premyer Liqanın qarşıdakı turunun "Qarabağ" ilə oyununun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün Lənkəranda baş tutan növbəti məşqə dörd futbolçu qatılmayıb.
Belə ki, Kamran Ağayev, Şəhriyar Xəlilov, Elvin Beqiri və bir gün əvvəl məşqdə zədə alan Ruslan Poladov hazırlıqda iştirak etməyib. Komandanın digər üzvləri isə baş məşqçi Mirça Rednikin tapşırıqlarını yerinə yetirib.
"Xəzər Lənkəran" bu gün səhər saat 11:00-da Lənkəranda son məşqinə çıxacaq. Saat 16:00-da isə komanda Lənkəranı tərk edib, Bakıya gələcək.
