8 aprel 2011 14:30
Foqts əvəzedicilərin də oyununu izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün əvəzedici heyətlər arasında keçirilən ölkə çempionatının da bir oyununu izləyəcək. Azerisport.az xəbər verir ki, millimizin almaniyalı çalışdırıcısı “İnter” – “Neftçi” görüşünü izləməyə qərar verib.
Maraq üçün bildirək ki, Foqts aprelin 9-da Premyer Liqanın 26-cı turu çərçivəsində “İnter” – “Neftçi”, həmçinin aprelin 10-da “Qarabağ” – “Xəzər Lənkəran” və AZAL – “Bakı” oyunlarını da izləyəcək.
