8 aprel 2011 14:52
Neftçi çempionla oyuna itki ilə çıxa bilər
“Neftçi” Premyer Liqanın qarşıdakı turunun “İnter”lə oyununa itki ilə çıxa bilər. Azerisport.az xəbər verir ki, çempionatımızın liderinin çempionla qarşılaşmada Rodriqinyonun xidmətindən yararlanması sual altına düşüb.
Buna səbəb təcrübəli braziliyalı yarımmüdafiəçinin zədədən əziyyət çəkməsi səbəb olub. Ayağında yüngül zədəsi olan futbolçu həkim nəzarətindədi və onunla bağlı yekun qərar oyun günü veriləcək.
