8 aprel 2011 15:55
Cerard mövsümü erkən qapatdı
İngiltərənin “Liverpool” klubunun kapitanı Stiven Cerard sıradan çıxıb. Azerisport.az xəbər verir ki, İngiltərə yığmasının da şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi zədə səbəbindən mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək.
Ötən ay qasığından əməliyyat edilən 30 yaşlı futbolçunun bu mövsümü erkən qapatdığı haqda şok açıqlamanı isə komandanın baş məşqçisi Kenni Dalqliş verib. O, komandasının aparıcı üzvünün konkret nə vaxt yaşıl meydana dönəcəyinin dəqiqləşmədini desə də, Cerardın bu mövsüm bir daha meydana çıxmasının mümkünsüzlüyünü dilə gətirib.
Baş məşqçi hazırda Cerardın mövqeyində kimi oynadacağı sual üstündə baş sındırır ki, jurnalistlərə açıqlamasında bu baxımdan ciddi çətinliklərinin olacağını gizlətməyib.
