8 aprel 2011 16:22
Mehman Allahverdiyev: Hər oyuna qələbə üçün çıxırıq
“Gəncə”nin baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın qarşıdakı “Muğan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində, o, Salyan klubu ilə çətin qarşılaşma ərəfəsində bunları dilə gətirib:
“Mövsümün sonuna kimi bizim əsas vəzifəmiz mümkün qədər çox xal toplamaqdı. Futbolçular da özlərinin komandaya nə dərəcədə lazımlı olduqlarını sübut etməlidilər. Biz hər oyuna ancaq qələbə üçün çıxırıq. “Muğan”la oyunda da belə olacaq”.
