8 aprel 2011 16:39
Toni Adams: Məni hər şeydən çox bu maraqlandırır
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 26-cı turunun “Turan”la oyunu öncəsi komandasının şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində ingiltərəli mütəxəssis bunları dilə gətirib:
“Əlbəttə, bizim hər oyun üçün bir vəzifəmiz var ki, bu da qələbə qazanmaqdı. Ancaq onu da nəzərə almaq lazımdı ki, bizim üçün artıq 6-cı pillədən yuxarı qalxmaq mümkünsüzdü. Hazırda nail olduğumuzdan yüksək bir nəticə qazana bilmərik. Hazırkı ən yüksək vəzifəmiz heyətdəki futbolçularımızı yoxlamaqdı. Onları hər mövqedə sınamağa çalışırıq. Mövsümün qalan dövründə məni hər şeydən çox bu maraqlandırır”.
