8 aprel 2011 16:47
Qyoko Haciyevski: Ümid sonda ölür
“Simurq”un baş məşqçisi Qyoko Haciyevski Premyer Liqanın 26-cı turunun MOİK-lə oyunu öncəsi komandasının şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hər şeyə rəğmən, MOİK ilə oyuna hazırlıqlarımızı davam etdiririk. Ümid sonda ölür. Şansımız çox azalsa da, sonadək mübarizəmizi davam etdirəcəyik. Əlbəttə, Emin Quliyev, Samir Əliyev və Mario Souza kimi futbolçular olmayacaq ki, bu da bizim üçün çox böyük itkidi. Amma ümid edirəm ki, bu itkilər “hərbçilər” üzərində qələbə qazanmağımıza mane olmayacaq”.
