8 aprel 2011 16:56

Mahir Şükürov üçün 3 variant: Neftçi, Qəbələ, Samsunspor

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Mahir Şükürov Rusiya Premyer Liqasında çıxış edən “Anji”dən ayrıldıqdan sonra yerli və xarici klubların maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, Mahaçqala klubuyla yollarını ayırmağa qərar verən futbolçu hazırda Bakıda – “Neftçi”nin bazasında hazırlıq keçir.
 
Şübhəsiz ki, məhz bu üzdən onun elə yayda transfer pəncərəsi açılan kimi “ağ-qaralar”la müqavilə bağlayacağı haqda şayiələrin çoxalması təbii qarşılandı. Lakin bu gün saytımıza açıqlama verən baş məşqçi Arif Əsədov bu xəbərləri təkzib edərək, Mahirlə müqavilə bağlamağa hazırlaşmaqdıqlarını bildirdi.
 
Əvəzində Türkiyənin “Samsunspor” klubunun Mahirin xidmətində ciddi maraqlı olduğu üzə çıxdı. Lakin Samsun təmsilçisi Şükürovu transfer etməkdə nə qədər maraqlıdısa, millimizin üzvü də bir o qədər bu keçidə isti baxmır. Səbəb isə, “Samsunspor”un Türkiyənin birinci liqasında çıxış etməsidi. Baxmayaraq ki, müqayisə etdikdə, qardaş ölkənin Bank Asiya birinci liqası bizim Premyer Liqamızdan daha yüksəkdə durur.
 
Mahir üçün daha bir variant “Qəbələ”di. Bölgə təmsilçisinin ingilis çalışdırıcısı Toni Adams bu futbolçunun çıxışını uzun müddətdi millidən izləyir və onu öz komandasında görməyi arzulayır.
 
Digər təkliflər isə bizim paytaxt klublarındandı və Mahirin hələlik bu variantlardan hansına üstünlük verəcəyi dəqiq bilinmir. Azərbaycan yığmasının kapitanı hazırda sadəcə formasını itirməmək üçün “Neftçi”nin düşərgəsindəki məşqlərini davam etdirməklə məşğuldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.