8 aprel 2011 17:50
Qəbələ Chelsea və Fenerbahçe ilə qarşılaşacaq
“Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası 2-ci Beynəlxalq Kuşadası Turnirində iştirak etmək məqsədilə aprelin 19-da Türkiyəyə yola düşəcək. Azerisport.az xəbər verir ki, qardaş ölkəyə 27 nəfərlik heyətlə yollanacaq kollektivə “Qəbələ” Futbol Akademiyasının direktoru Əli Yavaş başçılıq edəcək.
5 günlük turnir müddətində komanda “Aqua Fantasy Aqua Park Hotel”də məskən salacaq. “Qəbələ”nin yer alacağı qrup müəyyənləşməsə də, təmsilçimizin aşağıdakı komandalarla qarşılaşmaq ehtimalı var:
“Chelsea” (İngiltərə), “Southampton” (İngiltərə), PSV (Hollandiya), “Herta” (Almaniya), “Standard Liege” (Belçika), “Wolfsburg” (Almaniya), “Münih Türkgücü” (Almaniya), “Berlin Türkiyemspor” (Almaniya), “SCC Berlin” (Almaniya), “Kerkük Kale Spor” (İraq), “Fenerbahçe” (Türkiyə), “Trabzonspor” (Türkiyə), “Bursaspor” (Türkiyə), “Buca” Futbol Akademiyası (Türkiyə), “Altay” (Türkiyə), “Damlaspor” (Türkiyə), “Samsunspor” (Türkiyə), “İzmirspor” (Türkiyə), “Turgutluspor” (Türkiyə), “Dardanelspor” (Türkiyə), “Adana Gençlerbirliği” (Türkiyə), “Akhisar Belediyespor” (Türkiyə).
