8 aprel 2011 18:04
Yığmamızın heyətində dəyişiklik edildi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının İtaliyada keçirəcəyi təlim-məşq toplanışı üçün açıqlanan heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, yığmanın heyətinə daha iki futbolçu dəvət olunub.
Bunlar Hacı Əhmədov (“Bakı”) və Məqsəd İsayevdi (“Neftçi”). Onar Rusiyanın “Zenit” klubunun üzvü olan Tural Hümbətov və Azər Abbasov hazırlıq prosesində iştirak etməyəcəyi üçün düşərgəyə dəvət olunub.
