8 aprel 2011 18:14
100 illik yubileylə bağlı Təşkilat Komitəsinin iclası keçirildi (FOTOLAR)
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan futbolunun 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirin Təşkilat Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək əlamətdar yubileylə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Təşkilat Komitəsinin üzvləri Çingiz İsmayılov, Ələkbər Məmmədov, Rüstəm Rəhimov, İskəndər Cavadov və başqaları çıxış edərək təkliflərini bildiriblər.
