9 aprel 2011 00:04

Çempiondan intriqa gözləntisi

Bu gün Premyer Liqanın 26-cı turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turu daha çox ikincilik uğrunda gərgin mübarizəyə səhnə olacaq “Qarabağ” – “Xəzər Lənkəran” görüşü ilə əlamətdar olacaq.
 
İlk oyun günündə yenə 3 qarşılaşma keçiriləcək ki, onlardan ikisi ikinci altılıq çərçivəsində baş tutacaq. Son iki pillədə qərarlaşan MOİK ilə “Simurq” Zaqatalada münasibətlərinə aydınlıq gətirəcək. Hər iki komanda elitayla vidalaşmağa əsas namizədlərdi. Lakin Qyoko Haciyevskili Zaqatala klubu zirzəmidəki rəqibini yenəcəyi halda şanslarını saxlamış olacaq. Halbuki, “hərbçirlər”lə son ev oyununda bu, onlara nəsib olmamışdı - 1:1. İlk dövrədəki səfər qarşılaşmasında isə məhz bölgə klubu qələbə qazanan tərəf olmuşdu – 2:0.
 
İkinci altılığın lideri “Qəbələ” isə elitada qalmaq üçün xala ehtiyacı olan digər komanda “Turan”ı qəbul edəcək. Toni Adamsın komandası ilk iki dövrədə baş tutan qarşılaşmalarda eyni hesablı (1:0) qələbələrə sevinmişdi. Hazırda motivasiyasız olan və qeyri-sabit çıxışı ilə diqqət çəkən Qəbələnin eyni adlı komandası yenə qələbə qazana bilər. Lakin xala ehtiyacı olan Tovuz təmsilçisinin çətin səfərdən xalla dönməsi də mümkündü.
 
İlk oyun günü birinci altılıqda mübarizə aparan lider “Neftçi”nin son çempion “İnter”lə səfər oyunu ilə yekunlaşacaq. Bu komandaların təsnifat mərhələsindəki qarşılaşmalar hazırkı çempion üçün uğursuz nəticələnmişdi. İlk oyunda 2:0 hesabıyla qələbə qazanan “ağ-qaralar” digər qarşılaşmada da 1:1 hesablı heç-heçəyə nail olmuşdular. Ötən tur əsas rəqiblərindən “Qarabağ” üzərində qələbə qazanmaqla, zirvədəki mövqeyini daha da yaxşılaşdıran “Neftçi” indi bu üstünlüyünü qorumağa çalışacaq. Amma “bankirlər”in də durumu ürəkaçan deyil və onlar son uğursuzluqlara son qoymaq üçün mütləq liderlə görüşdə qələbə qazanmalıdı. Onların liderə vuracağı zərbə isə şübhəsiz intriqanın yenidən qızışmasına səbəb ola bilər.
 
İkinci oyun günü “Gəncə” – “Muğan” dueliylə start götürəcək. Salyan klubu cari mövsüm bir çox sürprizlərə imza atmağı bacarsa da, qərb təmsilçisi ilə görüşlərdə qələbəyə həsrətdi. Onların Gəncəyə son səfəri 3 cavabsız qollu darmadağınla yekunlaşmışdı. Evdəki oyun isə 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. Lakin bu dəfəki duel daha çox formal xarakter daşıyır. Qarşılaşma yalnız Mehman Alllahverdiyevin “Gəncə” ilə ilk qələbəsini rəsmiləşdirməsi baxımından yaddaqalan ola bilər. Hansı ki, bunun sayəsində qazanılacaq 3 xal sayəsində qərblilər “Muğan”la aralarındakı xal fərqini azalda bilər.
 
Günün digər iki qarşılaşması isə kifayət qədər vacib əhəmiyyət daşıyır. Ötən tur doqquz oyunluq qələbə seriyası “Neftçi” ilə qarşılaşmada qırılan “Qarabağ” üçün indi yenidən ikinci pilləyə qayıtmaq şansı var. Lakin onlar bunun üçün çempionluq uğrunda mübarizə aparan “Xəzər Lənkəran”a qalib gəlməlidilər. Hansı ki, son turlardakı xal itkilərini unutdurmaq üçün mütləq çətin səfər matçında 3 xal qazanmağı hədəfləyib.
 
Təbii ki, bu komandaların duelində heç-heçə də qeydə alına bilər ki, bu, cənub təmsilçisini ikinci pillədə saxlaya bilər. Amma “Neftçi” çempionla oyunda qələbə qazansa, bu heç-heçə nə Ağdam, həm də Lənkəran klubunun işinə yarayacaq. Maraq üçün onu da xatırladaq ki, bu mövsüm baş tutan ilk iki oyunda tərəflər heç-heçəyə razılaşmayıb. Ağdamlılar ev oyununda 0:1, lənkəranlılar isə 1:2 hesabıyla məğlub olublar.
 
Nəhayət, hesabat turuna AZAL – “Bakı” matçıyla yekun vurulacaq. Qarşılaşma daha çox “təyyarəçilər”in Şüvəlanda inşa etdirdiyi yeni stadionun açılışı ilə yaddaqalan olacaq. Cari mövsüm heç cür özünü doğrulda bilməyən “zolaqlılar” onlardan fərqli hər kəsi təəccübləndirməkdə davam edən AZAL-a qarşı uğursuz oyunlara son qoymalıdı. Nazim Süleymanovun komandası cari mövsüm bu rəqibini bir dəfə məğlub edib (3:2), digərində isə qolsuz heç-heçə qeydə alınıb. Ötən tur son çempion “İnter”i məğlub etməklə 4-cü pilləni ələ keçirən “təyyarəçilər” həmin mövqeyini əldən verməmək üçün mütləq bu qarşılaşmadan qələbə ilə ayrılmalıdı. Amma son turda “Xəzər Lənkəran”dan xal alan Aleksandr Starkovun yetirmələri heç də asanlıqla yenilənə oxşamır.
 
Premyer Liqa
26-cı tur
9 aprel (şənbə)
 
Simurq - MOİK
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Səfər Haşımov.
Zaqatala. Şəhər stadionu. saat 15:00.
 
Turan - Qəbələ
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Tovuz. Şəhər stadionu. Saat 15:00
 
İnter - Neftçi
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. "Şəfa" stadionu. Saat 17:00.
 
10 aprel (bazar)
 
Gəncə - Muğan
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Rüfət Hüseynov.
Gəncə. Şəhər stadionu. Saat 15:00.
 
Qarabağ - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 16:00.
 
AZAL - Bakı
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Akif Məmmədov.
Şüvəlan qəsəbəsi, AZAL stadionu. Saat 18:00.
 
1
Neftçi
25
16
7
2
44-10
55
2
Xəzər Lənkəran
25
14
7
4
29-14
49
3
Qarabağ
25
15
3
7
33-16
48
4
AZAL
25
11
9
5
29-17
42
5
İnter
25
12
5
8
25-20
41
6
Bakı
25
9
8
8
29-23
35
 
1
Qəbələ
25
9
9
7
23-17
36
2
Muğan
25
8
7
10
18-26
31
3
Gəncə
25
5
10
10
24-30
25
4
Turan
25
6
6
13
20-35
24
5
Simurq
25
3
6
16
14-38
15
6
MOİK
25
1
5
19
7-49
8
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.