8 aprel 2011 11:50
Berti Foqts artıq Bakıdadı
Milli komandamızın baş məşqçisi Berti Foqts bu gecə yenidən Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə səfər oyunundan (1:4) sonra ölkəsinə yollanan almaniyalı mütəxəssisin istirahəti başa çatıb.
Bu səfəri çərçivəsində Foqtsun ilk işi Premyer Liqanın 26-cı turunun oyunlarına baxmaq olacaq. O, “İnter” – “Neftçi” və “Qarabağ” – “Xəzər Lənkəran” qarşılaşmalarını canlı izləməlidi. Foqtsun bu səfərindəki əsas işi isə aprelin 10-dan başlayaraq, 16-dək millinin Bakıda növbəti təlim-məşq toplanışını həyata keçirmək olacaq.
